Xames Rodriges “Beşiktaş” yolunda

Xəbərlər
8 Fevral 2024 00:36
159
Xames Rodriges “Beşiktaş” yolunda

“Beşiktaş”ın Xames Rodriges arzusu reallaşa bilər.

İdman.biz xəbər verir ki, kolumbiyalı futbolçu “San-Paulu” ilə müqaviləni pozmaq arzusundadır.

Türkiyədən sərfəli təklif alan 32 yaşlı yarımmüdafiəçi menecerləri Braziliya klubu ilə danışıqlara start verib. Rodrigesin “San-Paulu” ilə 2025-ci ilin yayına kimi müqaviləsi var. Buna baxmayaraq, Xames özünü Türkiyədə sınamaq üçün razılaşmanı vaxtından əvvəl pozmağı düşünür.

Qeyd edək ki, kolumbiyalı ötən ilin yayında “San-Paulu”ya keçib. Rodriges komandanın heyətində 14 oyunda 1 ol vurub, 3 ötürmə verib.

İdman.biz

Məqalədə: