Benzema-Qalyardo qalmaqalı: fransalı məşqi tərk edib

Xəbərlər
7 Fevral 2024 20:14
242
Benzema-Qalyardo qalmaqalı: fransalı məşqi tərk edib

“Əl-İttifaq”ın hücumçusu Kərim Benzema ilə baş məşqçi Marselo Qalyardo arasında qalmaqal yaşanb.

Qeyd edək ki, argentinalı mütəxəssisin qərarına əsasən komandanın düşərgəsinə gec qoşulan fransalı hücumçu fərdi məşq etməli olub.

Bu qərardan narazı qalan Benzema məşq prosesini tərk edib. Amma hadisələr bununla bitmir. Hələ yanvarın ortalarında “Əl-İttihad”ın təlim-məşq toplanışına gec qoşulan forvard Qalyardo tərəfindən əsas heyətdən uzaqlaşdırılıb. Bundan başqa, Kərim dekabrın sonunda komandanın 3 məşqində də iştirak etməyib.

Qeyd edək ki, 36 yaşlı futbolçunun Səudiyyə Ərəbistanı klubunu tərk etmək istədiyi xəbərləri yayılıb. Hətta onun ölkənin digər aparıcı klubları ilə danışıqlar apardığı və sonda transferin baş tutmadığı qeyd edilib.

İdman.biz

Məqalədə: