Ronaldu penaltini qaçırdı, Feliks “Əl-Nəsr”ə qələbə qazandırdı - VİDEO

21 Oktyabr 2026 00:21
141
Ronaldu penaltini qaçırdı, Feliks “Əl-Nəsr”ə qələbə qazandırdı

Səudiyyə Ərəbistanı Pro Liqasının onuncu turunda “Əl-Nəsr” doğma meydanda “Neom”u 1:0 hesabı ilə məğlub edib.

İdman.Biz xəbər verir ki, qarşılaşmanın birinci hissəsinə əlavə olunmuş altıncı dəqiqəsində Kriştianu Ronaldu penaltidən yararlana bilməyib. Portuqaliyalı hücumçu topu qapıdan kənara göndərib.

Görüşün yeganə qolunu 61-ci dəqiqədə Joau Feliks vurub.

Bu qələbədən sonra xallarını 22-yə çatdıran “Əl-Nəsr” üçüncü pillədə qərarlaşıb və lider “Əl-Qadisiyə” ilə fərqi üç xala endirib. “Neom” isə 16 xalla altıncı sıradadır.

İdman.Biz