Afrika mətbuatı “Sabah” - “Borussiya” matçında maraqlı məqama diqqət çəkdi

21 Oktyabr 2026 00:52
144
Afrika mətbuatı “Sabah” - “Borussiya” matçında maraqlı məqama diqqət çəkdi

UEFA Çempionlar Liqasının liqa mərhələsinin üçüncü turunda “Sabah” və Dortmund “Borussiya”sı arasında keçirilən oyun Afrika idman mətbuatının da diqqətini cəlb edib.

İdman.Biz xəbər verir ki, Keniyanın "Mozzart Sport Kenya" nəşri Almaniya klubunun 2:1 hesablı qələbəsi ilə başa çatan qarşılaşmaya ayrıca material həsr edib.

Nəşr matçda vurulan hər üç qolun Afrika ölkələrini təmsil edən futbolçuların hesabına yazılmasını xüsusi vurğulayıb.

“Borussiya”nın heyətində Qvineya millisinin hücumçusu Seru Girassi 10-cu və 53-cü dəqiqələrdə fərqlənərək dubl edib. “Sabah”ın yeganə qolunu isə 39-cu dəqiqədə Cənubi Afrika Respublikasından olan müdafiəçi Eyden Makkarti vurub.

Beləliklə, Azərbaycan və Almaniya klublarının qarşılaşmasında bütün qolların müəllifləri Qvineya və Cənubi Afrika Respublikasının futbolçuları olublar.

Keniya jurnalistləri “Sabah”ın beynəlmiləl heyətinə də diqqət yetiriblər. Nəşrin məlumatına görə, Azərbaycan təmsilçisi Çempionlar Liqasında ardıcıl üçüncü oyununda start heyətinə 11 fərqli milliyyətin nümayəndələrini daxil edib.

Bu məqam “Sabah”ın Avropanın ən nüfuzlu klub turnirinin liqa mərhələsində debüt mövsümünü keçirməsi fonunda xüsusilə maraq doğurur.

Keniya nəşrinin materialı göstərir ki, Azərbaycan klubunun çıxışı təkcə Avropada deyil, xarici çempionatlarda oynayan afrikalı futbolçuların diqqətlə izlənildiyi Afrika qitəsində də maraqla qarşılanır.

İdman.Biz