PSJ UEFA Çempionlar Liqasının əsas mərhələsinin üçüncü turunda “Barselona” ilə qarşılaşmada daha bir ciddi itki ilə üzləşib.
İdman.Biz xəbər verir ki, Paris klubunun gürcüstanlı hücumçusu Xviça Kvaratsxeliya dizindən zədələnərək ikinci hissədə meydanı yalnız həkimlərin köməyi ilə tərk edib.
Meydan sahiblərinin müdafiəçisi Markinyos da zədə səbəbindən əvəzlənib. İlk hissədə isə Usman Dembele oyunu davam etdirə bilməyib.
Beləliklə, PSJ qarşılaşma ərzində üç futbolçusunu zədə səbəbindən itirib.
Parisdəki “Park de Prens” stadionunda keçirilən görüşün ikinci hissəsində hesab 3:2-dir.
00:03
UEFA Çempionlar Liqasının əsas mərhələsinin üçüncü turunda PSJ ilə “Barselona” arasında keçirilən qarşılaşmada hər iki komandanın futbolçusu zədə səbəbindən meydanı vaxtından əvvəl tərk edib.
İdman.Biz xəbər verir ki, Parisdəki “Park de Prens” stadionunda keçirilən görüşün 20-ci dəqiqəsində meydan sahiblərinin hücumçusu Usman Dembele zədələnərək oyunu davam etdirə bilməyib. Onu Ferran Torres əvəzləyib.
Bundan yeddi dəqiqə sonra “Barselona”nın yarımmüdafiəçisi Dani Olmo da eyni səbəbdən əvəzlənməli olub. Onun yerinə meydana Fermin Lopes daxil olub.
Zədə Olmonun əsas komandalar səviyyəsində 100-cü oyununa təsadüf edib.
Hər iki futbolçunun zədəsinin ağırlıq dərəcəsi barədə hələlik məlumat verilməyib.
Qeyd edək ki, qarşılaşmanın ilk hissəsi PSJ-nin 1:0 hesablı üstünlüyü ilə yekunlaşıb. Paris təmsilçisinin qolunu 38-ci dəqiqədə Dezire Due vurub.
