“Sabah” Çempionlar Liqasının tarixində ilkə imza atdı

21 Oktyabr 2026 00:45
139
“Sabah” Çempionlar Liqasının tarixində ilkə imza atdı

“Sabah” UEFA Çempionlar Liqasının tarixində yeni rekorda imza atıb.

İdman.Biz xəbər verir ki, bu barədə futbol statistikası ilə məşğul olan Opta şirkətinin X sosial şəbəkəsindəki “OptaJoe” hesabında məlumat yayımlanıb.

Bakı klubu turnirdə ardıcıl üç qarşılaşmada start heyətinə 11 fərqli ölkəni təmsil edən futbolçuları daxil edən ilk komanda olub.

Əsas mərhələnin ikinci və üçüncü turlarında “Sabah”ın start heyətində Stas Pokatilov (Qazaxıstan), Akim Zedadka (Əlcəzair/Fransa), Stiv Solve (Qvadelupa), Eyden Makkarti (CAR), Timoteuş Puxaç (Polşa), Umarali Rahmonaliyev (Özbəkistan), İvan Lepinitsa (Xorvatiya), Du Keyros (Braziliya), Kahim Parris (Yamayka), Velko Simiç (Serbiya) və Coy-Lens Mikels (Ruanda/Almaniya) yer alıblar.

İlk turda isə Stiv Solve və Du Keyrosun əvəzinə start heyətində azərbaycanlı Rəhman Daşdəmirov və nigeriyalı Kristian Nvaçukvu çıxış ediblər.

İdman.Biz