“Komo”nun baş məşqçisi Sesk Fabreqas “Mançester Yunayted”in sükanı arxasında Maykl Karriki əvəzləyə biləcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirmək istəməyib.
İdman.Biz xəbər verir ki, ispaniyalı mütəxəssis mətbuat konfransında belə bir sualı cavablandırmağı düzgün hesab etmədiyini söyləyib.
“Əminəm ki, bu suala niyə cavab verməyəcəyimi başa düşürsünüz. Çünki onu xoşagələn hesab etmirəm. Düşünürəm ki, belə bir suala cavab vermək "Mançester Yunayted" kimi möhtəşəm komandanı çalışdıran böyük futbolçu və məşqçi Maykl Karrikə qarşı kifayət qədər hörmətli davranış olmaz”, - deyə Fabreqas bildirib.
Qeyd edək ki, “Komo” bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsinin üçüncü turunda “Mançester Yunayted”i qəbul edəcək.
