“Liverpul”a ağır zərbə: Soboslai yenidən zədələndi

17 Oktyabr 2026 19:10
107
“Liverpul”a ağır zərbə: Soboslai yenidən zədələndi

“Liverpul”un futbolçusu Dominik Soboslai İngiltərə Premyer Liqasında “Brentford”la keçirilən qarşılaşmada yenidən zədələnib.

İdman.Biz xəbər verir ki, macarıstanlı futbolçu zədə səbəbindən görüşü davam etdirə bilməyib və onu Trey Nyoni əvəzləyib.

Soboslai bundan əvvəl budun arxa əzələsindəki problemlə əlaqədar komandasının son oyunlarını buraxmışdı. O, “Brentford”la səfər matçında Aleksis Makallisterlə birlikdə start heyətində meydana çıxaraq yaşıl meydanlara qayıtmışdı.

Lakin yarımmüdafiəçinin dönüşü uğursuz alınıb. Yenidən zədələnən futbolçu qarşılaşmanın ilk hissəsində əvəzlənmək məcburiyyətində qalıb.

Hazırda Soboslainin zədəsinin xarakteri və nə qədər müddət yaşıl meydanlardan kənarda qalacağı məlum deyil.

Qeyd edək ki, “Liverpul” son oyunlarda bir neçə əsas futbolçusunun xidmətindən yararlana bilməyib.

İdman.Biz