“Milan” yanvar transfer pəncərəsində müdafiə xəttini gücləndirmək üçün “Sportinq”in futbolçusu Qonsalu İnasiunu heyətinə qatmağa çalışır.
İdman.Biz “Calciomercato”ya istinadən xəbər verir ki, Matteo Qabbiyanın uzunmüddətli zədəsindən sonra klub yeni mərkəz müdafiəçisi axtarışlarını intensivləşdirib.
Milan təmsilçisi hələ ötən yay transfer siyahısında olan İnasiunun agentləri ilə yenidən əlaqə saxlayıb. Portuqaliyalı müdafiəçi də “San Siro”da sabiq baş məşqçisi Ruben Amorimlə yenidən işləməkdə maraqlıdır.
“Rossoneri”nin diqqət mərkəzində olan digər futbolçu isə “Bavariya”nın müdafiəçisi Kim Min Cedır. Amorim cənubi koreyalı futbolçunun oyun keyfiyyətlərini yüksək qiymətləndirir.
