Portuqaliya millisinin baş məşqçisi Jorje Jezuşun vəkili Luiş Migel Enrike Kriştianu Ronaldunun davranışlarını sərt tənqid edib.
İdman.Biz “Cabine Desportiva”ya istinadən xəbər verir ki, vəkil futbolçunun davranışlarının onun qazandığı nüfuza mənfi təsir göstərdiyini düşünür.
“Öz hərəkətləri, davranışları və müəyyən statistik göstəricilərə hədsiz aludəçiliyi ilə Kriştianu Ronaldu heç bir rəqibinin bacarmadığını edir: bizə bəxş etdiyi bütün yaxşı xatirələri tədricən yaddaşımızdan silir.
O, getdikcə daha çox eşitmək istədiyi sözləri söyləyən insanlarla əhatə olunur, eşitməli olduğu həqiqətləri deyənlər isə ətrafında azalır. Tanrıların və mütləq hakimiyyət sahiblərinin taleyi belədir: sonda onlar Olimp zirvəsində yalnız güzgülərlə əhatə olunmuş halda tək qalırlar”, - deyə Enrike bildirib.
Xatırladaq ki, 41 yaşlı Ronaldu daha əvvəl baş məşqçi Jorje Jezuşla yaşadığı münaqişədən sonra Portuqaliya millisinin düşərgəsini tərk edib. Hücumçu mütəxəssisi ona verdiyi vədləri yerinə yetirməməkdə ittiham edib.
Bununla belə, Ronaldu mümkün cəzasını çəkdikdən sonra milli komandada çıxışını davam etdirməyə hazır olduğunu açıqlayıb.
