“Çelsi” “Barselona”nın ulduzunu transfer etmək istəyir

14 Oktyabr 2026 22:36
97
“Çelsi” “Barselona”nın ulduzunu transfer etmək istəyir

İngiltərənin “Çelsi” futbol klubu “Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonqu transfer etməkdə maraqlıdır.

İdman.Biz xəbər verir ki, London təmsilçisi 29 yaşlı niderlandlı futbolçunu 2027-ci ilin yanvarında heyətinə qatmaq niyyətindədir.

“Çelsi” rəhbərliyi de Yonqu İngiltərə Premyer Liqasına gəlməyə razı salmaq üçün ona yüksək məbləğli müqavilə təklif etməyə hazırdır.

Bununla belə, mümkün transferin maliyyə detalları, o cümlədən keçid məbləği və futbolçunun şəxsi müqaviləsinin şərtləri hələlik açıqlanmayıb.

Klublar arasında danışıqların aparıldığına dair də rəsmi təsdiq yoxdur.

İdman.Biz