Vinisiusa ağır cəza: “Barselona” ilə oyunu buraxacaq

14 Oktyabr 2026 21:33
84
Vinisiusa ağır cəza: “Barselona” ilə oyunu buraxacaq

“Real Madrid”in futbolçusu Vinisius Junior İspaniya çempionatında növbəti dörd oyunu buraxacaq.

İdman.Biz AS nəşrinə istinadən xəbər verir ki, İspaniya Kral Futbol Federasiyasının (RFEF) İntizam Komitəsi braziliyalı futbolçunu dörd oyunluq diskvalifikasiya edib.

Buna səbəb onun La Liqanın səkkizinci turunda “Vilyarreal”la keçirilən qarşılaşmada (1:0) qırmızı vərəqə alması və sonrakı davranışı olub.

Vinisius həmin qarşılaşmada rəqib komandanın futbolçusu Natan-Dilan Salibanın saçından tutduğu üçün meydandan qovulub.

Braziliyalı futbolçu “Barselona” ilə yanaşı, “Sevilya”, “Rasinq Santander” və “Valensiya” ilə görüşləri də buraxacaq.

İdman.Biz