“Real”da Bernardo Silva ilə bağlı gözlənilməz qərar

14 Oktyabr 2026 20:43
88
“Real”da Bernardo Silva ilə bağlı gözlənilməz qərar

“Real Madrid”in məşqçilər korpusu Bernardo Silvanın hazırlıq səviyyəsindən razı olsa da, futbolçuya hələlik çox oyun vaxtı vermək niyyətində deyil.

İdman.Biz xəbər verir ki, bu barədə insayder Ramon Alvares məlumat yayıb.

Mənbənin sözlərinə görə, Madrid təmsilçisində 32 yaşlı yarımmüdafiəçinin ustalığı və məşqlərə münasibəti yüksək qiymətləndirilir. Bununla belə, klubda hesab edirlər ki, portuqaliyalı futbolçu fiziki baxımdan hələ uzun müddət meydanda qalmağa hazır deyil.

Silvanın La Liqanın səkkizinci turunda “Vilyarreal”la keçirilən qarşılaşmada bir neçə dəqiqəlik meydana çıxması mümkün idi. Lakin görüşün sonluğu gərgin keçdiyindən məşqçilər korpusu risk etməməyə üstünlük verib.

Qeyd edək ki, “Real Madrid” həmin matçda 1:0 hesabı ilə qalib gəlib.

İdman.Biz