DÇ-2026-dakı qalmaqaldan sonra FIFA qaydaları dəyişməyə hazırlaşır

14 Oktyabr 2026 21:27
89
DÇ-2026-dakı qalmaqaldan sonra FIFA qaydaları dəyişməyə hazırlaşır

FIFA 2026-cı il dünya çempionatında ABŞ millisinin hücumçusu Folarin Baloqunla bağlı yaranan qalmaqaldan sonra intizam qaydalarına dəyişiklik etməyi nəzərdən keçirir.

İdman.Biz “The Telegraph” nəşrinə istinadən xəbər verir ki, təşkilat birbaşa qırmızı vərəqə alan futbolçulara avtomatik tətbiq edilən bir oyunluq diskvalifikasiyanın icrasının dayandırılmasını qadağan etməyi planlaşdırır.

Bu təşəbbüsə səbəb dünya çempionatı zamanı Baloqunun dərhal cəzalandırılmaqdan yayınması olub.

Təklifin oktyabrın 15-də Sürixdə keçiriləcək FIFA Şurasının iclasında müzakirəyə çıxarılması gözlənilir. Maraqlıdır ki, müvafiq düzəliş gündəliyə son anda əlavə edilib. İki həftə əvvəl dərc olunan iclasın gündəliyində yalnız intizam prosedurlarına yenidən baxılması nəzərdə tutulurdu.

Bununla belə, planlaşdırılan dəyişikliklər daha uzunmüddətli diskvalifikasiyaların icrasının dayandırılması imkanına təsir etməyəcək.

Xatırladaq ki, FIFA daha əvvəl Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldunun dünya çempionatının seçmə mərhələsində İrlandiyaya qarşı oyunda qırmızı vərəqə almasına görə tətbiq edilən cəzanı yüngülləşdirib.

İdman.Biz