“Real Madrid”in baş məşqçisi Joze Mourinyo futbolçu Vinisius Juniorun oyun vaxtını məhdudlaşdırmasının səbəbini açıqlayıb.
İdman.Biz "Marca"ya istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis La Liqanın səkkizinci turunda “Vilyarreal”la keçirilən qarşılaşmada (1:0) braziliyalı futbolçunu sonradan meydana buraxmaq qərarını şərh edib.
“Mən Vinini böyük təzyiqdən bir qədər qorumaq və yalnız oyunun gedişi bunu tələb etdikdə meydana buraxmaq qərarına gəldim.
Düşünürəm ki, bu yanaşma özünü doğrultdu. Bəzən narazılıqlarını bildirən azarkeşlər həmin anda onu böyük coşqu ilə dəstəklədilər. Fikrimcə, bu, onun üçün çox mühüm dönüş nöqtəsi oldu. Ehtiyat oyunçular skamyasından meydana daxil oldu və çox yaxşı oynadı.
Təəssüf ki, hər şey vurulan qol və ardınca göstərilən qırmızı vərəqə ilə başa çatdı. Amma sanki onun daxilində nəsə dəyişmişdi. O, futboldan aldığı əsl sevinci yenidən hiss etməyə başladı və əslində necə möhtəşəm futbolçu olduğunu xatırladı”, – deyə Mourinyo bildirib.
Qeyd edək ki, Vinisius “Vilyarreal”la qarşılaşmada aldığı qırmızı vərəqəyə görə dörd oyunluq diskvalifikasiyaya məruz qalıb.
