Əlcəzair millisinin futbolçusu Riyad Mahrez karyerasını Qətər çempionatında davam etdirəcək.
İdman.Biz xəbər verir ki, 35 yaşlı cinah yarımmüdafiəçisi “Əl-Şamal” klubuna keçib. Tərəflər arasında müqavilə imzalansa da, onun müddəti açıqlanmayıb.
Mahrez bu ilin yayında müqaviləsinin müddəti başa çatdıqdan sonra Səudiyyə Ərəbistanının “Əl-Əhli” komandasından ayrılıb.
Əlcəzairli futbolçu daha əvvəl İngiltərədə “Mançester Siti” və “Lester Siti”, Fransada isə “Havr” və “Kempe” klublarında çıxış edib.
