Ukraynanın “Şaxtyor” futbol komandasının baş məşqçisi Arda Turan Türkiyə millisinin sükanı arxasına keçmək niyyətində deyil.
İdman.Biz xəbər verir ki, jurnalist Emre Cingilərin məlumatına əsasən, Türkiyə Futbol Federasiyası (TFF) mütəxəssisin xidmətində maraqlıdır. Lakin Turan Ukrayna çempionatını tərk etməyi və Türkiyə yığmasına rəhbərlik etməyi planlaşdırmır.
Baş məşqçi mövsümün ortasında Premyer Liqada çempionluq uğrunda mübarizə aparan və Çempionlar Liqasında çıxışını davam etdirən komandasından ayrılmağı məqsədəuyğun hesab etmir.
Türkiyəli jurnalist Yağız Sabuncuoğlu da bu məlumatı təsdiqləyib. Onun sözlərinə görə, nə Arda Turan, nə də Donetsk klubu Türkiyə millisindən gələn marağı ciddi şəkildə nəzərdən keçirmək və federasiya ilə danışıqlara başlamaq niyyətindədir.
Qeyd edək ki, Türkiyə Futbol Federasiyası 2026-cı il dünya çempionatında qrup mərhələsini keçə bilməməsi və UEFA Millətlər Liqasında ardıcıl dörd məğlubiyyət səbəbindən Vinçentso Montella ilə əməkdaşlığı dayandırıb.
