Fransanın “Marsel” futbol komandası Liqa 1-in altıncı turunda səfərdə “Trua”ya qalib gəlib.
İdman.Biz xəbər verir ki, oktyabrın 11-də keçirilən qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Görüşün ilk hissəsində komandalar fərqlənə bilməyiblər. Fasilədən sonra hücumlarını gücləndirən “Marsel” 50-ci dəqiqədə hesabı açıb. Amin Harit rəqib qapısına yol taparaq komandasını önə keçirib.
Buraxılan qoldan sonra “Trua” hesabı bərabərləşdirmək üçün hücumlarını artırıb. Bundan istifadə edən qonaqlar rəqib müdafiəsində yaranan boşluqlardan faydalanmağa çalışıblar.
Matçın 90-cı dəqiqəsində “Marsel” ikinci dəfə fərqlənib. Himad Abdelli penaltini dəqiq yerinə yetirərək komandasının qələbəsini rəsmiləşdirib.
“Marsel” qazandığı üç xalla turnir cədvəlində 13-cü pilləyə qalxıb. “Tura” isə dörd xalla 17-cidir.
21:31
Fransanın “Renn” futbol komandası Liqa 1-in altıncı turunda “Oser”i böyük hesabla məğlub edib.
İdman.Biz xəbər verir ki, oktyabrın 11-də keçirilən qarşılaşma meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Görüşün 15-ci dəqiqəsində Esteban Lepol hesabı açaraq “Renn”i önə çıxarıb. Lakin qonaqların cavabı özünü çox gözlətməyib. 25-ci dəqiqədə Kemeron Arçer fərqlənərək tarazlığı bərpa edib.
İkinci hissədə “Renn” yenidən üstünlüyü ələ alıb. 54-cü dəqiqədə Adrien Tomasson rəqib qapısına yol taparaq komandasını hesabda irəli çıxarıb.
Qarşılaşmanın sonlarında isə Bulaye Dia dubla imza ataraq meydan sahiblərinin böyükhesablı qələbəsini rəsmiləşdirib.
"Renn" bu qələbə ilə xallarının sayını 13-ə çatdıraraq üçüncü pillədə qərarlaşıb. "Oser" isə altı xalla 16-cı sıradadır.
19:42
Fransanın “Nitsa” futbol komandası Liqa 1-in altıncı turunda “Strasbur”u qəbul edib.
İdman.Biz xəbər verir ki, “Alyans Riviera” stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Oyunda hesabı 41-ci dəqiqədə qonaqların futbolçusu Dario Essuqu açıb. Lakin “Nitsa” ilk hissənin sonunda bərabərliyi bərpa edib. 45+2-ci dəqiqədə “Strasbur”un üzvü Pap Diop topu öz qapısına göndərib.
İkinci hissədə komandalar uzun müddət fərqlənə bilməyiblər. Görüşün 81-ci dəqiqəsində Jonatan Kloss qələbə qolunu vuraraq “Nitsa”ya üç xal qazandırıb.
"Nitsa"nın xalları bu qələbə ilə səkkizə çatıb və komanda doqquzuncu pilləyə yüksəlib. "Strasbur"un isə yeddi xalı var.
