“İnter”in futbolçusu Ced Spens “Parma” üzərində 3:0 hesablı qələbə qazandıqları oyunda Milan klubunda debüt edib.
İdman.Biz xəbər verir ki, iki aylıq fasilədən sonra meydana qayıdan ingiltərəli futbolçu baş məşqçi Kristian Kivunun qərarı ilə ehtiyatdan oyuna daxil olub və təxminən 20 dəqiqə oynayıb.
“Tottenhem”in sabiq futbolçusu görüşdən sonra instaqram hesabında sevincini bölüşərək azarkeşlərə təşəkkür edib:
“Bu anı iki uzun ay gözlədim. Bu axşam “San Siro”da debüt etmək mənim üçün şərəfdir. Məni çox duyğulandıran qarşılanmaya görə təşəkkür edirəm. Bütün qəlbimlə və varlığımla mübarizə aparmağa hazıram. Yenidən meydana çıxmağı səbirsizliklə gözləyirəm! İrəli, “İnter”!”
Qeyd edək ki, Spens 2026-cı il avqustun 15-də “Tottenhem”dən “İnter”ə keçib, 2031-ci il iyunun 30-dək müqavilə imzalayıb.
