“Lans” “Lion”un məğlubiyyətsiz seriyasına son qoydu - VİDEO

10 Oktyabr 2026 00:46
83
“Lans” “Lion”un məğlubiyyətsiz seriyasına son qoydu

Fransa Liqa 1-in altıncı turunun açılış matçında “Lans” doğma meydanda “Lion”u 2:1 hesabı ilə məğlub edib.

İdman.Biz xəbər verir ki, “Bollar-Delelis” stadionunda keçirilən qarşılaşmada hesabı 36-cı dəqiqədə meydan sahiblərinin hücumçusu Florian Sotoka açıb.

76-cı dəqiqədə Matye Udol fərqi iki topa çatdırıb. Lakin 84-cü dəqiqədə həmin futbolçu qırmızı vərəqə alaraq meydandan qovulub.

Say üstünlüyü qazanan “Lion” bir dəqiqə sonra Halis Merahın qolu ilə fərqi minimuma endirsə də, məğlubiyyətdən xilas ola bilməyib.

Beləliklə, “Lion” cari Liqa 1 mövsümündə ilk məğlubiyyətini alıb və liderliyə yüksəlmək imkanını əldən verib. “Lans” isə çempionatda dörd oyunluq qələbəsiz seriyasına son qoyub. Bu, həm də Yannick Cahuzacın “Lans”ın baş məşqçisi kimi ilk qələbəsi olub.

Bu nəticədən sonra “Lion” 11 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. “Lans” isə yeddi xalla yeddinci sırada yer alıb.

Növbəti turda “Lans” oktyabrın 17-də səfərdə “Trua” ilə qarşılaşacaq. “Lion” isə bir gün sonra öz meydanında “Nitsa”nı qəbul edəcək.

İdman.Biz