İspaniya La Liqasının səkkizinci turunda “Malaqa” doğma meydanda “Espanyol”la 1:1 hesablı heç-heçə edib.
İdman.Biz xəbər verir ki, qonaqlar 13-cü dəqiqədə Brayan Saraqosanın qolu ilə hesabı açıblar.
Buraxılan qoldan sonra “Malaqa” hesabı bərabərləşdirməyə çalışsa da, “Espanyol” uzun müddət üstünlüyünü qoruyub.
Matçın taleyi ikinci hissəyə əlavə olunmuş üçüncü dəqiqədə həll edilib. Adrian Ninyo 90+3-cü dəqiqədə fərqlənərək meydan sahiblərini məğlubiyyətdən xilas edib.
Beləliklə, qarşılaşma 1:1 hesabı ilə başa çatıb və komandalar hərəyə bir xal qazanıblar.
