Türkiyə millisinin baş məşqçisi postuna əsas namizədlərdən birinin adı məlum olub.
İdman.Biz “NTV Spor”a istinadən xəbər verir ki, Türkiyə Futbol Federasiyası (TFF) hazırda “Şaxtyor”u çalışdıran Arda Turanın təyinatını nəzərdən keçirir.
Məlumata görə, türkiyəli mütəxəssis klub və milli komandadakı vəzifələrini eyni vaxtda yerinə yetirə bilər.
2025-ci ildən “Şaxtyor”a rəhbərlik edən Turan ötən mövsüm komandası ilə Ukrayna çempionu olub.
Futbolçu karyerası ərzində Türkiyə millisinin kapitanı olmuş Arda Turan yığmanın heyətində 100 oyun keçirib, 16 qol vurub və 25 məhsuldar ötürmə verib.
Qeyd edək ki, oktyabrın 9-da Vinçenso Montella Türkiyə millisinin baş məşqçisi vəzifəsindən uzaqlaşdırılıb.
