Türkiyə futbol millisinin baş məşqçisi Vinçenso Montella vəzifəsindən azad edilib.
İdman.Biz xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası (TFF) İdarə Heyətinin iclasından sonra rəsmi qərar qəbul olunub.
Federasiyanın açıqlamasında bildirilib ki, italiyalı mütəxəssislə əməkdaşlıq davam etdirilməyəcək.
Qeyd edək ki, Vinçenso Montella 2023-cü ildən Türkiyə millisinə rəhbərlik edirdi. Onun rəhbərliyi altında Türkiyə millisi Millətlər Liqasının son dörd oyunun hamısında məğlub olub.
