Cerrard Ronaldu ətrafındakı qalmaqaldan danışdı: "Jezuş özünə hökm oxudu"

7 Oktyabr 2026 18:57
103
Cerrard Ronaldu ətrafındakı qalmaqaldan danışdı: "Jezuş özünə hökm oxudu"

"Liverpul"un əfsanəvi futbolçusu Stiven Cerrard portuqaliyalı hücumçu Kriştianu Ronaldu ətrafındakı vəziyyət barədə danışıb.

İdman.Biz xəbər verir ki, Cerrard Jezuşun Ronaldu ilə münasibətlərindəki problemi məhz futbolçuya kifayət qədər hörmət göstərməməsində gördüyünü bildirib.

“Düşünürəm ki, Jorje Jezuş Ronaldunu milli komandadan göndərməklə hələ ki özünə işdən qovulma hökmü imzaladı - o, böyük bir fiqurdur, o, güclü qüvvədir, Ronaldu bütöv bir millətdir və millətlə zarafat etmək olmaz.

Eynisi "Mançester Yunayted"də ten Haqla da baş verdi və onun karyerası həmişəlik məhv edildi. Sən öz oyunçularına səni məşqçi kimi hörmət etdikləri kimi hörmət etməlisən. Güman edirəm ki, Ronaldu ilə Jezuşun münasibətlərində problem məhz bunda idi.

Ona hər şeyin yaxşısını arzulayıram, amma bilirəm ki, Jorje Jezuş üçün bütün bunlar yaxşı bitməyəcək”.

Qeud edək ki, 2022-ci ilin noyabrında portuqaliyalı futbolçu britaniyalı jurnalist Piers Morqana böyük müsahibə verərək ten Haqa hörmət etmədiyini, çünki onun tərəfindən hörmət hiss etmədiyini bildirmişdi. Bundan qısa müddət sonra "Mançester Yunayted" Ronaldu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam vermişdi.

41 yaşlı hücumçu ötən gün verdiyi açıqlamada Portuqaliya millisinin baş məşqçisi Jorje Jezuşla münaqişəsinin təfərrüatlarını açıqlayaraq, mütəxəssisin iki dəfə sözünə əməl etmədiyini vurğulayıb.

İdman.Biz