Arteta "Arsenal"la müqaviləsini uzatdı - maaşı da bəlli oldu

7 Oktyabr 2026 18:13
116
Arteta "Arsenal"la müqaviləsini uzatdı - maaşı da bəlli oldu

"Arsenal"ın baş məşqçisi Mikel Arteta London klubu ilə yeni müqavilə imzalayıb. İspaniyalı mütəxəssisin "topçular"la yeni razılaşmasının müddəti 2030-cu ilin yayına qədər nəzərdə tutulub.

İdman.Biz "Daily Mail"a istinadən xəbər verir ki, Arteta yeni müqavilədən sonra İngiltərə Premyer Liqasında ən yüksək maaş alan məşqçisi olub.

44 yaşlı mütəxəssis yeni razılaşmaya əsasən ildə təxminən 20 milyon funt sterlinq alacaq.

Arteta müqaviləni uzatması ilə bağlı bunları deyib: “Gələcəyimi bu klubla bağlamaq və "Arsenal"a yalnız ən yaxşısını arzulayan görkəmli insanlarla işləməyə davam etmək mənə böyük şərəfdir. Bu klubun unikal xarakteri və xüsusi atmosferi var və mən birgə yolumuzun davam etməsini yüksək qiymətləndirirəm.

Bu an həm mənim, həm də ailəm üçün qürur mənbəyidir. Mən möhtəşəm azarkeşlərimizin sevgisini və hörmətini hiss edirəm və bütün klub adından onlara eyni cür qarşılıq verirəm”.

Arteta 2019-cu ilin dekabrından "Arsenal"a rəhbərlik edir. Keçən mövsüm 44 yaşlı ispaniyalı londonluları 22 ildən sonra ilk dəfə İngiltərədə çempionluq tituluna çatdırıb. Həmçinin onun rəhbərliyi altında "topçular" İngiltərə Kubokunu qazanıblar və üç dəfə İngiltərə Superkubokunun sahibi olublar.

İdman.Biz