“Elçe”nin kapitanı gecəni polis kamerasında keçirib

7 Oktyabr 2026 19:31
107
“Elçe”nin kapitanı gecəni polis kamerasında keçirib

İspaniya La Liqasının təmsilçisi “Elçe”nin futbolçusu Xosan Ferrandes həyat yoldaşına qarşı qəddar rəftarda şübhəli bilinərək saxlanılıb.

İdman.Biz İspaniya mediasına istinadən xəbər verir ki, 36 yaşlı futbolçu oktyabrın 6-sı axşam saatlarında saxlanılıb. O, gecəni polis bölməsinin kamerasında keçirib, səhər isə məhkəməyə aparılaraq ifadə verib.

Məlumata görə, iki qız övladı olan Xosan Ferrandes və həyat yoldaşı boşanma prosesindədir. Qadının ərizəsinə messencerdə göndərilən təhqiramiz xarakterli mesajlar, həmçinin iddia edilən zorakılıq nəticəsində yarandığı ehtimal olunan qançır və göyərmələrin fotoları əlavə edilib.

Sonradan futbolçunun həyat yoldaşı ərizəsini geri götürüb və iş bağlanıb. “Elçe” klubundan bildirilib ki, hazırda Xosan Ferrandeslə bağlı bu faktlar üzrə açıq məhkəmə icraatı və ya qüvvədə olan ərizə yoxdur. Futbolçunun özü isə evindədir.

İdman.Biz