Arteta "Arsenal" tarixində bu göstəricidə hamını geridə qoydu

7 Oktyabr 2026 19:13
126
Arteta "Arsenal" tarixində bu göstəricidə hamını geridə qoydu

Mikel Arteta bütün turnirlərdə azı 50 oyun keçirmiş "Arsenal"ın bütün baş məşqçiləri arasında ən yüksək qələbə faizinə malikdir.

İdman.Biz xəbər verir ki, bu barədə "Squawka" statistika xidməti məlumat yayıb.

İspaniyalı mütəxəssisin rəhbərliyi altında London klubu matçların 61%-də qələbə qazanıb. Bu göstərici üzrə ikinci yerdə 57% ilə Arsen Venger qərarlaşıb, daha sonra Unai Emeri (55%), Harri Bredşou (52%) və Herbert Çepmen (50%) gəlirlər.

Qeyd edək ki, "Arsenal" bu gün Arteta ilə müqavilənin 2030-cu ilə qədər uzadıldığını elan edib.

İdman.Biz