İngiltərə millisində Bellingem 33 illik nailiyyəti təkrarladı

3 Oktyabr 2026 22:32
592
İngiltərə millisində Bellingem 33 illik nailiyyəti təkrarladı

İngiltərə yığması Millətlər Liqasının qrup mərhələsində Xorvatiyanı 7:0 hesabı ilə darmadağın edib.

İdman.Biz xəbər verir ki, Riyekada keçirilən qarşılaşmada İngiltərə millisinin yarımmüdafiəçisi Cud Bellingem bir qol və üç məhsuldar ötürmə ilə yadda qalıb.

“Opta”nın məlumatına görə, Bellingem son 33 ildə bir oyunda dörd və daha çox məhsuldar hərəkət edən ilk İngiltərə yarımmüdafiəçisi olub.

1993-cü ilin fevralında Devid Platt San-Marino ilə görüşdə bir qol və üç məhsuldar ötürmə ilə eyni göstəriciyə nail olub.

İngiltərə yığması sonuncu dəfə 2023-cü ilin iyununda Avropa Çempionatının seçmə mərhələsində Şimali Makedoniyanı 7:0 hesabı ilə məğlub edib. İngiltərə Xorvatiyaya qarşı 14-cü matçını keçirib (doqquz qələbə, iki heç-heçə, üç məğlubiyyət), ingilislər daha əvvəl bu rəqibə 2:0-dan böyük hesabla qalib gəlməyiblər. Ümumilikdə Xorvatiya öz tarixindəki ən böyük məğlubiyyətə uğrayıb.

İngilislər üç matçda altı xal toplayıblar və 3-cü qrupda ikinci yerdədirlər. Xorvatlar üç xalla üçüncü pillədə qərarlaşıblar.

Növbəti matçda İngiltərə oktyabrın 6-da Çexiyanı qəbul edəcək, Xorvatiya isə həmin gün evdə İspaniya ilə oynayacaq.

İdman.Biz