“Real” İngiltərə millisinin üzvünü transfer etmək istəyir

30 Sentyabr 2026 23:51
73
“Real” İngiltərə millisinin üzvünü transfer etmək istəyir

Madridin “Real” klubu “Bornmut”un futbolçusu Aleks Skottla maraqlanır.

İdman.Biz “Tribal Football”a istinadən xəbər verir ki, “Kral klubu” ingilislərdən 23 yaşlı futbolçunun satışa çıxarılacağı təqdirdə ilk növbədə onlara məlumat vermələrini xahiş edib.

Madrid təmsilçisi Skottun mümkün transferində əsas namizədlərdən biri olmaq istəyir. Bununla belə, yarımmüdafiəçi yaxın zamanda “Bornmut”un müqavilənin uzadılması ilə bağlı təklifini rədd edib. Klub isə hələlik futbolçunun satışda olmadığını bildirir.

İngiltərə millisinin üzvünə “Çelsi” də maraq göstərir. London klubu Skott uğrunda mübarizədə “Real”ın əsas rəqiblərindən biri hesab olunur.

Skott cari mövsümdə 6 oyunda 1 qol vurub və 2 məhsuldar ötürmə edib. “Transfermarkt” futbolçunun bazar dəyərini 50 milyon avro (100 milyon manat) qiymətləndirir.

İdman.Biz