“Neftçi”nin baş məşqçi: “12 turdan sonra nə olacağını heç kim bilmir”

Müsahibə
28 Yanvar 2024 11:29
160
“Neftçi”nin baş məşqçi: “12 turdan sonra nə olacağını heç kim bilmir”

“Semakın “Zenit”də işini bitirməyib, yeni başlayır. O, təcrübə toplayıb və bundan sonra da daha da yaxşılaşacaq”.

İdman.biz xəbər verir ki, bunu “Neftçi”nin baş məşqçisi Miodraq Bojoviç “Zenit”in hazırkı durumundan danışarkən deyib.

Monteneqrolu mütəxəssis Rusiya mətbuatına bildirib ki, sank-peterburqluların Premyer Liqada ikinci pillədə olması klubun baş məşqçisi Sergey Semak üçün həyəcan siqnalı sayılmalı deyil: “Düşünürəm ki, o, hələlik yalnız “Zenit”də çalışacaq. Bu gün Sankt-Peterburq klubu ikinci yerdədir. Amma 12 turdan sonra nə olacağını heç kim bilmir. İndi kifayət qədər yaxşı futbol oynayan komandalar var. Yazda daha maraqlı olacaq”.

Qeyd edək ki, Rusiya Premyer Liqasına 38 xalla “Krasnodar” başçılıq edir. “Zenit” liderdən 2 xal geri qalır.

İdman.biz