Simeone: “2026-cı ilin “Qızıl top”unu Messi qazanmalıdır”

15 Sentyabr 2026 21:57
65
Simeone: “2026-cı ilin “Qızıl top”unu Messi qazanmalıdır”

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone 2026-cı ilin “Qızıl top” mükafatının niyə məhz Argentina millisinin sabiq futbolçusu Lionel Messiyə verilməli olduğunu açıqlayıb.

İdman.Biz xəbər verir ki, Simeone bu barədə danışarkən Messinin dünya çempionatındakı çıxışını xüsusi qeyd edib.

“2026-cı ilin “Qızıl top”unu Leo Messi almalıdır. Heç bir şübhə yoxdur. Bu yaşda keçirdiyi dünya çempionatını nəzərə alsaq... Heç bir şübhə yoxdur”, – deyə Simeonenin sözlərini insayder Fabrizo Romano “X” sosial şəbəkəsindəki səhifəsində sitat gətirib.

2026-cı il dünya çempionatında 39 yaşlı Messi Argentina millisi ilə turnirin finalına qədər irəliləyib. Hücumçu mundialda keçirdiyi 8 matçda 8 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

İdman.Biz