Balde AVRO-2024-ə getməyə bilər

Xəbərlər
26 Yanvar 2024 00:37
Balde AVRO-2024-ə getməyə bilər

“Barselona”nın 20 yaşlı müafiəçisi Balde mövsümün qalan hissəsini buraxa bilər.

İdman.biz xəbər verir ki, gənc futbolçu “Atletik”lə kubok oyununda zədələnib.

Kataloniya klubunun tibbi personalı Balde əzələ zədəsinin vəziyyəti barədə son müayinədən sonra qərar verəcək. Əgər cərrahiyyə müdaxiləsi olarsa müdafiəçi mövsümün sonuna kimi yaşıl meydanlardan kənarda qalacaq. Nəticədə Balde AVRO-2024-ü buraxmaq təhlükəsi ilə də üzləşib.

Qeyd edək ki, ispaniyalı arxa xətt oyunçusu bu mövsüm 28 oyunda meydana çıxıb.

İdman.biz

Məqalədə: