Futbol azarkeşlərini bu gün - 15 sentyabrda Avropanın zəngin oyun proqramı gözləyir.
İdman.Biz xəbər verir ki, günün qarşılaşmaları İspaniya La Liqası, İngiltərə Liqa Kuboku və İtaliya Kubokunda keçiriləcək.
İspaniyada altıncı turun üç oyunu baş tutacaq. Günün əsas görüşündə İspaniyanın “Real Madrid” səfərdə “Elçe” ilə qarşılaşacaq. Həmçinin “Rayo Valyekano” “Espanyol”u, “Alaves” isə “Valensiya”nı qəbul edəcək.
İngiltərə Liqa Kubokunun üçüncü mərhələsində isə beş oyun keçiriləcək. Əsas diqqət “Enfild” stadionuna yönələcək. Burada “Liverpul” “Tottenhem”lə üz-üzə gələcək. Digər maraqlı görüşdə “İpsviç” “Arsenal”ı qəbul edəcək.
İtaliya Kubokunda 1/16 final mərhələsinin son iki qarşılaşması keçiriləcək. “Cenoa” “Züdtirol”la, “Fiorentina” isə “Piza” ilə qarşılaşacaq.
15 sentyabr (Saatlar Bakı vaxtı ilə)
İspaniya. La Liqa
21:00 “Rayo Valyekano” - “Espanyol”
22:00 “Alaves” - “Valensiya”
23:30 “Elçe” - “Real Madrid”
İtaliya Kuboku. 1/16
20:00 “Cenoa” - “Züdtirol”
23:00 “Fiorentina” - “Piza”
İngiltərə Liqa Kuboku. Üçüncü mərhələ
22:30 “Piterboro” - “Barnsli”
22:45 “Vest Hem” - “Fulhem”
23:00 “İpsviç” - “Arsenal”
23:00 “Liverpul” - “Tottenhem”
23:00 “Ridinq” - “Brentford”
