Acun Ilıcalının milyonlar xərclədiyi futbolçu avtomobil qəzasına düşdü - FOTO

11 Sentyabr 2026 17:37
70
Acun Ilıcalının milyonlar xərclədiyi futbolçu avtomobil qəzasına düşdü - FOTO

Türkiyəli iş adamı Acun Ilıcalının rəhbərlik etdiyi “Hall Siti” futbol komandasının vingeri Sorba Tomas avtomobil qəzasına düşüb.

İdman.Biz xəbər verir ki, hadisə İngiltərənin Kottingem şəhərində, “Millhouse Woods Lane” küçəsində baş verib. Futbolçunun idarə etdiyi boz rəngli “Land Rover Defender” aşıb və avtomobilə ciddi ziyan dəyib, şüşələri sınıb.

“Hall Siti” məsələ ilə bağlı rəsmi açıqlama yayıb:

“Sorba Tomas Kottingemdəki məşq bazasının yaxınlığında baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət almayıb. Klub Sorbanın avtomobilinin sosial şəbəkələrdə yayılan görüntülərindən xəbərdardır və azarkeşləri əmin edə bilər ki, o, heç bir xəsarət almayıb və avtomobildən tam sağlam şəkildə çıxıb”.

Qeyd edək ki, 27 yaşlı Tomas sentyabrın 2-də “Stok Siti”dən 8.75 milyon avroya (17.3 milyon AZN) “Hall Siti”yə keçərək dördillik müqavilə imzalayıb. O, “Stok Siti”nin heyətində 52 oyunda 10 qol vurub və 15 məhsuldar ötürmə edib.

Tomas Uels millisində 27 qarşılaşmada iştirak edib və iki qol vurub.

İdman.Biz