“Tottenhem” Rişarlisonla bağlı qərarını verdi

11 Sentyabr 2026 00:15
659
“Tottenhem” Rişarlisonla bağlı qərarını verdi

“Tottenhem” braziliyalı futbolçu Rişarlisonun müqaviləsinə xitam verərək komandadan azad agent kimi ayrılmasına razı deyil.

İdman.Biz BBC-yə istinadən xəbər verir ki, futbolçunun nümayəndələri onun Premyer Liqanın iştirak ərizəsindən kənarda qalmasından sonra kompensasiya ödəmədən klubdan ayrılmaq üçün əsaslarının olduğunu düşünürlər. Lakin “Tottenhem” bu variantı real hesab etmir.

Tərəflər arasında danışıqlar davam edir. Buna baxmayaraq, klub rəhbərliyi Rişarlisonun müqaviləsinin qalan müddəti ilə bağlı hər hansı razılaşmanı müzakirə etmək istəmir. Hazırkı müqavilənin müddəti gələn yay başa çatır. Klubun isə sözləşməni daha bir il uzatmaq hüququ var.

“Vasko da Qama” Rişarlisonu heyətinə qatmaqda maraqlıdır. 29 yaşlı futbolçunun da vətəninə qayıtmaq istədiyi bildirilir. Lakin “Tottenhem” Braziliya klubunun ödəməyə hazır olmadığı yüksək təzminat tələb edir.

İdman.Biz