“İnter”in sabiq futbolçusu və 1982-ci il dünya çempionu Cüzeppe Berqomi Çempionlar Liqasının ümumi mərhələsinin birinci turunda “Real”a qarşı keçiriləcək oyunla bağlı fikirlərini bölüşüb.
İdman.Biz “AS”a istinadən xəbər verir ki, italiyalı veteran Milan təmsilçisinin “Santyaqo Bernabeu”da yalnız müdafiə olunmamalı, cəsarətli və aqressiv futbol nümayiş etdirməli olduğunu bildirib.
“Ümid edirəm ki, “İnter” cəsarət nümayiş etdirəcək. Əgər meydana yalnız müdafiə olunmaq üçün çıxsaq, heç bir şansımız olmayacaq. “Bernabeu”ya oyuna nəzarət edəcəyimizi düşünərək gəlmək xülyadır. Lakin rəqibin bəzi əsas futbolçularının olmayacağından istifadə edərək meydanın mərkəzinə nəzarəti ələ keçirmək üçün mübarizə aparmalı və cəsarətli olmalıyıq”, - deyə Berqomi bildirib.
Onun sözlərinə görə, “Real”ın gücünə baxmayaraq, “İnter” Madrid klubuna layiqli müqavimət göstərə bilər.
“Biz hansı rəqiblə qarşılaşacağımızı çox yaxşı bilirik. Lakin aqressiv və cəsarətli “İnter”in onlara layiqli müqavimət göstərəcəyinə inanıram. Mourinyo oyunun bəzi aspektlərini dəyişir və müdafiədə güclü, hücumda isə qətiyyətli komanda qurur. Buna baxmayaraq, onları məğlub etmək mümkündür”, - deyə o əlavə edib.
Qeyd edək ki, “Real” - “İnter” qarşılaşması sentyabrın 8-də Madriddəki “Santyaqo Bernabeu” stadionunda keçiriləcək. Matç Bakı vaxtı ilə sentyabrın 9-na keçən gecə saat 00:00-da başlayacaq.
