“Barselona”nın sabiq futbolçusu karyerasını başa vurdu

7 Sentyabr 2026 23:45
84
“Barselona”nın sabiq futbolçusu karyerasını başa vurdu

“Barselona” və “Betis”in sabiq futbolçusu Kristian Tello 35 yaşında peşəkar karyerasını başa vurduğunu açıqlayıb. İspaniyalı futbolçu bu barədə sosial şəbəkə hesablarında paylaşım edib.

İdman.Biz xəbər verir ki, Sabadeldə anadan olan Tello “Espanyol” və “Barselona” akademiyalarında yetişib. O, 2011-ci ildə Kataloniya klubunun əsas komandasında debüt edib. 2014-2016-cı illərdə “Porto” və “Fiorentina”da icarə əsasında çıxış edən vinger 2017-ci ildə “Betis”ə keçib və burada beş mövsüm keçirib.

Daha sonra Tello ABŞ-da “Los Angeles FC”, Səudiyyə Ərəbistanında “Əl-Fateh” və “Əl-Oruba”, BƏƏ-də isə “Palm City”nin formasını geyinib.

İspaniya millisində də bir dəfə çıxış edən Tello peşəkar karyerası ərzində 512 oyunda 91 qol vurub. O, “Barselona” ilə İspaniya çempionu, “Betis”lə isə Kral Kubokunun qalibi olub.

İdman.Biz