İspaniya La Liqasının dördüncü turunda “Real Sosyedad” səfərdə “Elçe”ni məğlub edib - 3:2.
İdman.Biz xəbər verir ki, qarşılaşmanın ilk hissəsində qonaqlar Cob Oçienq (11-ci dəqiqə) və Yanxel Herreranın (32) qolları ilə iki top fərqi ilə önə keçib.
“Real Sosyedad” 61-ci dəqiqədə üçüncü qolu da vurub. Lakin VAR müdaxiləsindən sonra topa əllə toxunma qeydə alındığı üçün qol ləğv edilib.
64-cü dəqiqədə isə basklar azlıqda qalıb. Xon Martin rəqibin qapıya çıxan futbolçusunu qayda pozuntusu ilə dayandırdığı üçün birbaşa qırmızı vərəqə alıb.
Azlıqda qalan “Real Sosyedad”ın üstünlüyünü qoruması mümkün olmayıb. “Elçe” Toma Lemarın (67) və Fer Ninyonun (74) qolları ilə hesabı bərabərləşdirib.
Lakin qonaqlar matçın son dəqiqəsində qələbə qolunu vurublar. Luka Suçiç 90-cı dəqiqədə Oçienqin ötürməsindən sonra fərqlənərək komandasına 3:2 hesablı qələbə qazandırıb.
Bu qələbədən sonra “Real Sosyedad” 5 oyunda 7 xal toplayaraq turnir cədvəlinin 9-cu pilləsinə yüksəlib. “Elçe” isə 4 matçdan sonra 1 xalla 19-cu sırada qərarlaşıb.
23:19
İspaniya La Liqasının dördüncü turunda “Xetafe” doğma meydanda “Selta”nı qəbul edib.
İdman.Biz xəbər verir ki, qarşılaşma 1:1 hesabı ilə başa çatıb.
Meydan sahiblərinin heyətində Martin Satriano 57-ci dəqiqədə fərqlənib. Vigo təmsilçisinin cavab qolunu isə 67-ci Karl Starfelt vurub.
Bu nəticədən sonra 4 xala malik “Xetafe” turnir cədvəlində 15-ci, 3 xalı olan “Selta” isə 16-cı pillədə qərarlaşıb.
Sentyabrın 13-də “Xetafe” “Deportivo”nu qəbul edəcək. “Selta” isə doğma meydanda “Malaqa” ilə qarşılaşacaq.
