Mourinyo: “Real”a Çempionlar Liqası titulunu borclu deyiləm”

7 Sentyabr 2026 22:54
87
Mourinyo: “Real”a Çempionlar Liqası titulunu borclu deyiləm”

“Real”ın baş məşqçisi Joze Mourinyo komandanın Çempionlar Liqasında qələbə qazanmasının onun üçün əvvəlki uğursuzluğun əvəzini çıxmaq anlamına gəlmədiyini deyib.

İdman.Biz xəbər verir ki, 2010-2013-cü illərdə Madrid klubunu çalışdıran portuqaliyalı mütəxəssis əvvəlki dönəmdə yaşananların artıq geridə qaldığını deyib.

“Xeyr. Mən “Real”da iki fərqli dönəmdə çalışmışam. 2013-cü ildə klubdakı işimi başa vurdum. Qazandığımızı qazandıq, uduzduğumuzu uduzduq. Hər şeyimizi verdik. Amma bu səhifə bağlanıb.

Bunun keçmişlə heç bir əlaqəsi yoxdur. Bunlar “Real” tarixinin iki fərqli anıdır. Əgər məndən “Real”la Çempionlar Liqasını qazanmaq istəyib-istəmədiyimi soruşursunuzsa, əlbəttə ki, istəyirəm. Amma bu, əvvəllər bunu bacarmamağımla tamamilə fərqli məsələdir”, – deyə Mourinyo bildirib.

Qeyd eədk ki, Joze Mourinyo məşqçilik karyerası ərzində "Porto" (2004) və "İnter"lə (2010) Çempionlar Liqasının qalibi olub.

İdman.Biz