İstanbulun “Fənərbağça” futbol klubunun müdafiəçisi Rodriqo Bekao Rusiyanın “Rodina” klubuna keçməyə yaxındır.
İdman.Biz xəbər verir ki, bu barədə X sosial şəbəkəsində urnalist Yağız Sabunçuoğlu məlumat yayıb.
30 yaşlı braziliyalı futbolçu Türkiyə klubunun düşərgəsini tərk edib. O, “Rodina”nın bazasında tibbi müayinədən keçəcək.
Bekao 2018–2019-cu illərdə Rusiyanın MOİK klubunda çıxış edib.
