İtaliyanın “Fiorentina” futbol klubu komandnın baş məşqçisi Fabio Qrosso ilə əməkdaşlığa son verib.
İdman.Biz xəbər verir ki, klub rəhbərliyi 2026/27 mövsümünə uğursuz startdan sonra italiyalı mütəxəssisi vəzifəsindən azad edib.
“Fiorentina” A Seriyasının ilk üç turunda xal qazana bilməyib. Komanda bu oyunlarda cəmi bir qol vurub, qapısında isə doqquz top görüb.
Əvvəlcə klub rəhbərliyinin Qrossoya beynəlxalq fasiləyədək vaxt verməyi planlaşdırdığı bildirilirdi. Lakin son qərarla onunla əməkdaşlıq dayandırılıb.
Qeyd edək ki, Fabio Qrosso “Fiorentina” ilə 2026-cı ilin iyununda müqavilə bağlamışdı. Tərəflər arasında anlaşma 2028-ci ilin yayına qədər nəzərdə tutulmuşdu.
