İspaniyanın PSJ futbol komandası baş məşqçisi Luis Enrike ilə müqaviləni 2030-cu ilə qədər uzadıb.
İdman.Biz xəbər verir ki, yeni anlaşmadan sonra 56 yaşlı mütəxəssisin maaşı ciddi şəkildə artıb. “L’Equipe”in məlumatına görə, Enrikenin illik brüt qazancı 12 milyon avrodan 20 milyon avroya (39.6 milyon AZN) yüksəlib.
Bu rəqəm İspaniya mətbuatında geniş müzakirələrə səbəb olub. AS nəşri PSJ-nin Enrike üçün “evin qapılarını sonuna qədər açdığını” yazıb və onun maaşının “buludlara qalxdığını” vurğulayıb. Bununla belə, İspaniya mediasında artım əsasən tənqid deyil, məşqçinin son illərdəki uğurlarının qarşılığı kimi qiymətləndirilib.
Luis Enrike PSJ-ni son iki mövsümdə ardıcıl Çempionlar Liqası qələbələrinə daşıyıb. Fransız klubunda 2030-cu ilə qədər qalacağı təqdirdə, onun Parisdəki fəaliyyəti yeddi mövsümə çatacaq.
“El Nacional” nəşri isə PSJ prezidentinin Enrikenin “Barselona”ya qayıtmasının qarşısını almaq üçün böyük maliyyə addımı atdığını yazıb.
Qeyd edək ki, PSJ Enrike ilə yanaşı Lukas Beraldo, Senni Mayulu, Joao Neveş, Villian Paço və Fabian Ruizin də müqavilələrinin uzadıldığını açıqlayıb.
