Nəriman Axundzadənin komandası "Konyaspor"u məğlub etdi

5 Sentyabr 2026 21:45
110
Nəriman Axundzadənin komandası "Konyaspor"u məğlub etdi

Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadənin çıxış etdiyi "Ərzurumspor" Türkiyə Super Liqasının dördüncü turunun matçında "Konyaspor"u qəbul edib.

İdman.Biz-ə xəbər verir ki, qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Matçda yeganə qol 17-ci dəqiqədə Eren Tozlu vurub.

Nəriman Axundzadə bu görüşdə meydana çıxmayıb, matçı ehtiyat oyunçular skamyasından izləyib.

Qeyd edək ki, "Ərzurumspor" 4 xalla 14-cü pillədə qərarlaşıb.

İdman.Biz