Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşanın "Rakuv" klubunun heyətində növbəti dəfə fərqlənib.
İdman.Biz xəbər verir ki, azərbaycanlı hücumçu Polşa çempionatının beşinci turunda "Qurnik"ə qarşı keçirilən ev oyununda qol vurub.
Meydana start heyətində çıxan forvard görüşün 79-cu dəqiqəsində rəqib qapısına yol tapıb. Lakin azərbaycanlı futbolçunun qolu komandasını məğlubiyyətdən xilas etməyib və qonaqlar yekunda 2:1 hesablı qələbə qazanıblar.
Bu, Azərbaycan millisinin üzvünün "Rakuv"dakı altıncı qolu olub.
Qeyd edək ki, "Rakuv" çempionatda keçirdiyi 5 oyunun hamısında məğlub olub.
