Toral Bayramov meydana çıxdı, “Bursaspor” 4 qolla qələbə qazandı

3 Sentyabr 2026 23:19
100
Toral Bayramov meydana çıxdı, “Bursaspor” 4 qolla qələbə qazandı

Türkiyə Birinci Liqasının beşinci turunda “Bursaspor” doğma meydanda “İstanbulspor”u böyük hesabla məğlub edib.

İdman.Biz xəbər verir ki, qarşılaşma “Bursaspor”un 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Azərbaycan millisinin üzvü Toral Bayramov 70-ci dəqiqədə Barış Gökyü əvəzləyərək meydana daxil olub.

Bu nəticədən sonra “Bursaspor” 5 turdan sonra 12 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.

İdman.Biz