Azərbaycan millisinin futbolçusu Zamiq Əliyevin çıxış etdiyi "Eqnatiya" Albaniya çempionatında növbəti qələbəsini qazanıb.
İdman.Biz-in məlumatına görə, superliqanın üçüncü turunda Əliyevin komandası öz meydançasında "Skenderbeu"nu 2:1 hesabı ilə məğlub edib.
Azərbaycanlı müdafiəçi "Eqnatiya"nın heyətində oyuna əsas heyətdə başlayıb və meydanda bütün 90 dəqiqəni keçirib.
Progojin təmsilçisi üçün bu qələbə çempionatın startından ardıcıl üçüncüsü olub.
Qeyd edək ki, "Eqnatiya" maksimum xal toplayıb, turnir cədvəlində liderdir.
