Luis Enrike: “Biz açıq şəkildə qələbəyə layiq idik”

5 Sentyabr 2026 02:39
107
Luis Enrike: “Biz açıq şəkildə qələbəyə layiq idik”

PSJ-nin baş məşqçisi Luis Enrike Fransa Liqa 1-in üçüncü turunda evdə “Monako”ya 1:2 hesabı ilə məğlub olduqları oyunu şərh edib.

İdman.Biz RMC Sport-a istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis nəticəyə baxmayaraq, komandasının oyunundan razı qaldığını deyib.

“Gördüklərimdən razıyam. Hazırda mövsümün yalnız başlanğıcıdır, biz hələ öz səviyyəmizə çatmamışıq. Amma çoxlu müsbət məqamlar gördüm. Mənim fikrimcə, biz açıq şəkildə qələbəyə layiq idik. Hətta gözlənilən qollar statistikası da bizim xeyrimizə idi.

Amma futbol belədir – onun gözəlliyi də bundadır. Bunu necə izah etmək olar? Bəzən futbolu izah etmək mümkün deyil. Ayrı olaraq futbolçuların hazırlığını qeyd etmək istəyirəm. Maraqlı çempionat olacaq. Növbəti oyunlara hazırlaşmalıyıq”, – deyə Enrike bildirib.

Üç turdan sonra “PSJ” 2 xal toplayıb və Liqa 1-in turnir cədvəlində 12-ci yerdə qərarlaşıb.

İdman.Biz