Fransa Liqa 1-də üçüncü turunun açılış oyununda “Lill” səfərdə “Tuluza”ya qalib gəlib
İdman.Biz xəbər verir ki, qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Yeganə qolu 73-cü dəqiqədə Yaponiya millisinin hücumçusu Ayase Ueda vurub.
Bu nəticədən sonra “Lill” 7 xalla turnir cədvəlinə başçılıq edir. “Tuluza” isə 1 xalla 16-cı pillədədir.
