İstanbulun “Fənərbağça” futbol klubunun UEFA Çempionlar Liqasının əsas mərhələsi üçün heyəti müəyyənləşib.
İdman.Biz xəbər verir ki, 18 ildən sonra Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanan İstanbul klubunun UEFA-ya təqdim etdiyi heyət aşağıdakı kimidir:
Qapıçılar: Ederson, Mert Günok, Tarık Çetin
Müdafiəçilər: Ake, Skriniar, Oppong, Yiğit Efe, Semedo, Mimoviç, Braun, Levent
Yarımmüdafiəçilər: Guendouzi, Kante, İsmail, Bartuğ, Asensio, Qrinvud, İrfan Can Kahveci, Oğuz, Kerem, Nene
Hücumçular: Vedat Muriqi, Lukaku
UEFA-ya təqdim olunan siyahıda Jayden Ostervolde, Çağlar Söyüncü, Rodrigo Bekaо və Mert Hakan Yandaşın adları yer almayıb. Ostervoldenin zədə səbəbindən dekabrda yaşıl meydanlara qayıtması gözlənilir. Söyüncü və Bekaonun isə yaxın zamanda komandadan ayrılacağı bildirilir.
Qeyd edək ki, “Fənərbağça” Çempionlar Liqasının əsas mərhələsində ilk oyununu sentyabrın 10-da doğma meydanda “Roma”ya qarşı keçirəcək.
