Ronaldunun avtomobil kolleksiyasının dəyəri 30 milyon avroya çatıb - FOTO

3 Sentyabr 2026 15:33
102
Ronaldunun avtomobil kolleksiyasının dəyəri 30 milyon avroya çatıb - FOTO

“Əl-Nəsr” futbol komandasının hücumçusu Kriştianu Ronaldunun şəxsi avtomobil kolleksiyasının ümumi dəyəri təxminən 30 milyon avro (59.5 milyon AZN) qiymətləndirilir.

İdman.Biz xəbər verir ki, portuqaliyalı ulduzun qarajında “Bugatti”, “Ferrari”, “Lamborghini”, “McLaren”, “Rolls-Royce” və digər lüks markaların nadir modelləri yer alır.

Kolleksiyanın ən bahalı avtomobillərindən biri “Bugatti Centodieci”dir. Cəmi 10 ədəd istehsal edilən bu modelin qiyməti təxminən 8 milyon avrodur (15.8 milyon AZN). Avtomobil 0-dan 100 km/saat sürətə 2,4 saniyəyə çatır.

Ronaldunun kolleksiyasında “Bugatti Chiron”, “Bugatti Veyron”, “Ferrari F12 TDF”, “Ferrari Daytona SP3”, “McLaren Senna”, “Lamborghini Aventador” və “Rolls-Royce Cullinan” kimi modellərin də olduğu bildirilir.

Portuqaliyalı futbolçunun avtomobillərə böyük marağı uzun illərdir məlumdur. Onun kolleksiyası həm qiymətinə, həm də burada yer alan məhdud sayda istehsal edilmiş modellərə görə dünyanın ən diqqətçəkən şəxsi qarajlarından biri hesab olunur.

İdman.Biz